Ukrayna Polşaya raket atıb? - Podolyak

Ukrayna Polşaya raket atıb? - Podolyak
Rusiya sərhədyanı ölkələr üçün sürətlə artan risklərə görə məsuliyyət daşıyır.
Bunu Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixailo Podolyak “Twitter” səhifəsində yazıb. 
"Ukraynadakı müharibəyə və  kütləvi raket zərbələrinə görə yalnız Rusiya məsuliyyət daşıyır. Sərhəd ölkələri üçün sürətlə artan risklərə görə yenə də Rusiya cavabdehdir”, - yazıda deyilir.
Podolyak qeyd edib ki, müttəfiqlərə bəhanə axtarmağa və əsas qərarları təxirə salmağa ehtiyac yoxdur.
"Avropanın Ukraynanın səmasını bağlamasının vaxtı çatıb. Bu, həm də öz təhlükəsizliyi üçündür", - Podolyak əlavə edib.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden G7 və NATO tərəfdaşlarına Polşadakı partlayışa Ukraynanın hava hücumundan müdafiə raketi səbəb olduğunu bildirmişdi.
Xatırladaq ki, noyabrın 15 -də Polşanın sərhəd kəndinə raket düşüb, nəticədə iki nəfər həlak olub.
Gundelik-Baku.Org