ABŞ Ukraynaya Patriot raket sistemləri verəcəyini açıqladı

ABŞ Ukraynaya Patriot raket sistemləri verəcəyini açıqladı
Ukraynaya 2 milyard dollar dəyərində yeni hərbi yardım paketində ABŞ Kiyevə Patriot raket batareyası verəcək. 
Bu barədə Ağ Evin saytında qeyd olunub. 
Bundan sonra ukraynalı döyüşçülər sözügedən sistemi idarə etməyi öyrənəcəklər: "Prezident Cozef Bayden Ukraynaya təqribən 2 milyard dollar dəyərində yeni əhəmiyyətli təhlükəsizlik yardımı paketini elan edəcək. Bu, çox mühüm aspekti əhatə edəcək: Ukrayna xalqını və Ukraynanın kritik infrastrukturunu Rusiyanın barbar hücumlarından qorumaq üçün vacib bir aktivə çevriləcək Patriot raketlərinin batareyası göndəriləcək". 
Baydenin yeni paketlə bağlı açıqlaması dekabrın 21-nə planlaşdırılır.
Gundelik-Baku.Org