Podolyak Tehranı hədəfə aldı: “Qətlə görə məsuliyyət daşıyırlar“

Podolyak Tehranı hədəfə aldı: “Qətlə görə məsuliyyət daşıyırlar“
“Ukraynalıların qətlinə görə birbaşa İran məsuliyyət daşıyır”.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, öz xalqına zülm edən İran indi Avropanın mərkəzində kütləvi qətllər törədən Rusiyanı silahlandırır.
M.Podolyakın fikrincə, Tehrana tətbiq edilən sanksiyalar kifayət deyil.
Qeyd edək ki, İranın “Şahed” PUA-larının Ukraynadakı müharibədə istifadə olunmasına dair konkret faktlar var. Rəsmi Tehran isə Moskvaya PUA satmasını təkzib edir.
Gundelik-Baku.Org