Ukraynaya raket hücumu: 6 ölü, 35 yaralı - YENİLƏNİB

Ukraynaya raket hücumu: 6 ölü, 35 yaralı - YENİLƏNİB
Rusiya ordusunun Kiyevə hava zərbələri nəticəsində ölən və yaralananların sayı artıb.
Bu barədə Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Kuleba "Twitter"də bildirib.
O, raket zərbələri zamanı 6 nəfərin öldüyünü, 35 nəfərin yaralandığını bildirib.
19:16
Rusiya ordusunun Kiyevə hava zərbələri nəticəsində ölənlər və yaralananların sayı artıb.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko "Twitter"də bildirib.
O, raket zərbələri zamanı 4 nəfərin öldüyünü, 21 nəfərin yaralandığını bildirib.
18:26
Bu gün Rusiya ordusunun Ukraynanın Kiyev vilayətinə raket zərbələri endirməsi nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb. 
Bu barədə Kiyev vilayətinin hərbi administrasiyası məlumat yayıb. 
Bildirilib ki, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına, digəri infrastruktur obyektinə düşüb.
Qeyd edək ki, Rusiya ordusu yenidən Ukrayna ərazisinə genişmiqyaslı raket hücumu həyata keçirib. Bu səbəbdən ölkənin bir sıra bölgələrində elektrik enerjisi və su təminatı kəsilib.
16:18
Kiyevdə ən azı iki partlayış olub. 
Ukrayna KİV-ləri xəbər verir ki, raketin düşdüyü yerlər və itkilər barədə hələlik məlumat verilmir. 
İlkin məlumata görə, partlayışlar Ukraynanın hava hücumundan müdafiə sisteminin (ADS) işləməsi səbəbindən eşidilir.
Gundelik-Baku.Org