Ukrayna Təhlükəsizlik Xidmətinin binası hədəf alındı

Ukrayna Təhlükəsizlik Xidmətinin binası hədəf alındı
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) binasının yerləşdiyi Kiyevin Volodimirska küçəsinə raket düşüb.  
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko bildirib.
"Kiyevdə raketlərdən biri küçədə Qruşevskinin abidəsinin yanına düşüb. Xilasedicilər iş başındadır", - Geraşenko qeyd edib. 
Bundan əlavə, Kiyev vilayət administrasiyasının rəhbəri Oleksiy Kuleba raket zərbələri barədə məlumat verib.
Gundelik-Baku.Org