Rusiya Zaporojyeni bombaladı: 13 ölü, 89 yaralı

Rusiya Zaporojyeni bombaladı: 13 ölü, 89 yaralı
Zaporojyeyə raket hücumu nəticəsində ölənlərin sayı 13-ə çatıb, daha 89 nəfər yaralanıb.
Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko məlumat verib.
"Ölən və yaralananların sayı artıb. Onların arasında uşaqlar da var. Şəhərə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 13 nəfər həlak olub. 11-i uşaq olmaqla 89 mülki şəxs yaralanıb", - o yazıb.
Timoşenko əlavə edib ki, qəzalı evlərin yerlərində xilasetmə və axtarış əməliyyatları davam edir.
Qeyd edək ki, bu gün, işğalçılar Zaporojyenin yaşayış məntəqələrinə S-300 və X-22 raketləri ilə hücum ediblər.
Şəhərdə 9 mərtəbəli bina və beş fərdi yaşayış evi qismən dağılıb. 50-dən çox hündürmərtəbəli binaya və özəl sektorda 20 evə ziyan dəyib.
Daha əvvəl 6-sı uşaq olmaqla 12 nəfərin öldüyü , 49 nəfərin yaralandığı bildirilirdi. Ticarət obyektlərinə, inzibati binalara, inzibati binalara, uşaq bağçalarına, məktəblərə və infrastruktur obyektlərinə də ziyan dəyib.
Gundelik-Baku.Org