Moskvanın "Rodina" klubu Ronaldoya müqavilə təklif edib

Moskvanın "Rodina" klubu Ronaldoya müqavilə təklif edib
Moskvanın “Rodina” futbol klubu “Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldoya transfer təklifi ilə müraciət edib.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Xatırladaq ki, 37 yaşlı Ronaldo İngiltərə çempionatının 12-ci turunda London “Tottenhem”i ilə oyunda final fiti çalınmamış “Old Trafford” stadionunu tərk etmişdi. Komanda yoldaşları qələbəni qeyd edərkən Ronaldo soyunub-geyinmə otağında olmayıb.
Bundan sonra o, “Çelsi” ilə oyun öncəsi əsas komanda ilə məşqdən kənarlaşdırılıb. Yarımmüdafiəçi "Mançester Yunayted"in "Fulhem"lə son matçını da buraxıb.
Portuqaliyalı bu mövsüm çempionatda 10 oyuna çıxıb və 1 qol vurub. “Mançester Yunayted”də uğursuz mövsüm keçirməsinə baxmayaraq, Ronaldo Portuqaliyanın Qətərdə keçiriləcək dünya çempionatı üçün heyətinə daxil edilib.
Gundelik-Baku.Org