Qalmaqallı final: Hakim 11 qırmızı vərəqə göstərdi

Qalmaqallı final: Hakim 11 qırmızı vərəqə göstərdi
Hakim Fakundo Tello “Boka Xuniors” – “Racinq Klub” oyununun  son hissəsində 10 futbolçu və 1 məşqçiyə qırmızı vərəqə göstərərək  oyundan kənarlaşdırıb. 
Xarici media xəbərinə görə, “Boka Xuniors”un 7 futbolçusu qırmızı vərəqə alıb.
“Racing Klub”un 1-2 qalib gəldiyi oyunda Briasko 19-cu dəqiqədə ilk qolu vurub və “Boka” önə keçib. 22-ci dəqiqədə yaşında Rojas hesabı bərabərləşdirib. Oyunun əsas vaxtına əlavə edilən 5-ci dəqiqədə hakim “Boka”dan Villaya və “Rasinq”dən Karboneroya qırmızı vərəqə göstərib. Oyun hərəyə 10 nəfər olmaqla 1:1 hesabı ilə başa çatıb.
"Boka Xuniors"un baş məşqçisi Huqo İbarra 90+7-də qırmızı vərəqə görüb. Otuz dəqiqəlik əlavə vaxtda 8 qırmızı vərəqə göstərilib. Baş hakim Tello 100-cü dəqiqədən 120+10-cu dəqiqəyə qədər “Boca Xuniors”un 6, “Racinq Klub”un 6 futbolçusuna birbaşa qırmızı vərəqə göstərib.
“Rasinq” klubu 118-ci dəqiqədə vurulan qolla qalib gəlsə də, qırmızı vərəqə qərarları oyuna damğasını vurub. Mübahisə edən və bir-birinə qarşı sərt davranan futbolçulara hakim Tello qırmızı vərəqə göstərməkdən çəkinməyib.
“Boka Xuniors” komandası 6-dan çox qırmızı vərəqə aldığı üçün oyunun 0-3 hesabı ilə “Racinq Klub”un xeyrinə olacağı gözlənilir.
 

Gundelik-Baku.Org