DÇ-2022: Cənubi Koreya - Qana oyununda ilk hissə başa çatdı - YENİLƏNİR

DÇ-2022: Cənubi Koreya - Qana oyununda ilk hissə başa çatdı - YENİLƏNİR
Qətərdə keçirilən dünya çempionatının H qrupunda ikinci tur çərçivəsində Cənubi Koreya və Qana milliləri arasında qarşılaşmada ilk hissə başa çatıb. İlk hissədən sonra Qana millisi iki top fərqi ilə öndədir. 
17:36
Qətərdə keçirilən dünya çempionatının H qrupunda ikinci tur çərçivəsində Cənubi Koreya və Qana milliləri arasında qarşılaşmada hesab arasındakı fərq artıb. 
Oyunun 34-cü dəqiqədə Mohammed Kudus Qana millisinin ikinci qolunu vurub.

17:25
Qana millisi Cənubi Koreya ilə oyunda hesabı açıb. 24-cü dəqiqədə M.Salisu afrikalıları hesabda önə çıxarıb.

17:01
Qətərdə keçirilən dünya çempionatının H qrupunda ikinci tur çərçivəsində Cənubi Koreya və Qana milliləri arasında qarşılaşma start götürüb. 
16:15
Qətərdə keçirilən dünya çempionatının H qrupunun ikinci turunda üz-üzə gələcək Cənubi Koreya və Qana yığmalarının start heyətləri açıqlanıb.
“Report” xəbər verir ki, komandalar matça aşağıdakı heyətlərlə başlayacaqlar:
Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 4. Kim Min Ji, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 22. Hun Çan Kvon, 25. Yun Vu Yonq, 7. Hın Min Son, 9. Sun Kyu Ço
Qana: 1. Laurens Aitiziqi, 14. Cideon Mensah, 4. Mohammed Salisu, 18. Daniel Amarte, 2. Tariq Lampte, 21. Salis Abdulsamed, 20. Mohammed Kudus, 5. Tomas Parte, 9. Cordan Ayu, 19. İnaki Uillyams, 10. Andre Ayu
Qeyd edək ki, oyun saat 17:00-da start götürəcək.
Gundelik-Baku.Org