DÇ-2022: Serbiya Kamerunla qarşılaşmada 2 dəqiqəyə iki vurdu

DÇ-2022: Serbiya Kamerunla qarşılaşmada 2 dəqiqəyə iki vurdu
Qətərdə keçirilən dünya çempionatının G qrupunun ikinci turunun Kamerun - Serbiya oyununun ilk hissəsinin son dəqiqələrində iki qol vurulub.
Əvvəlcə qarşılaşmanın birinci hissəsinin əsas vaxtına əlavə edilmiş birinci dəqiqədə Strahinya Pavloviç Serbiya yığmasının bərabərlik qolunu vurub.

İki dəqiqə sonra isə Sergey Milinkoviç-Saviç Serbiyanın ikinci qolunun müəllifi olub.


Gundelik-Baku.Org