AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Iclasda aşağıdakı qərarlar qəbul edilib:
Misli Premyer Liqasının VIII turunun “Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Qustavo de Fransa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);
VIII turun “Qarabağ” – “Neftçi” oyununun 54-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün “Qarabağ” klubu 4000 manat cərimə olunur (maddə 41.7);
54-cü dəqiqədə “Neftçi” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr işlədildiyi üçün “Neftçi” klubu 4000 manat cərimə olunur (maddə 41.7);
VIII turun “Sumqayıt” – “Kəpəz” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən oyunun başlanmasına bir dəqiqə qalmış (17:59) meydançaya kənar əşyalar atıldığına görə “Sumqayıt” klubu 1600 manat cərimə olunur (maddə 51.1);
“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39).
Gundelik-Baku.Org