Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha iki oyunu keçiriləcək.
“Report”un məlumatına görə, günün ilk matçında “Qəbələ” “Zirə”ni qəbul edəcək. Hazırda paytaxt klubu 19 xalla 4-cü, əyalət təmsilçisi isə 17 xalla 5-ci pillədə qərarlaşıb.
İki komanda indiyədək ölkə çempionatında 28 dəfə qarşılaşıb. Bunların 9-da “qırmızı-qaralar”, 6-da “qartallar” qələbə qazanıb. 13 qarşılaşma sülhlə başa çatıb. Topların nisbətində də bölgə təmsilçisinin üstünlüyü var - 33:24.
Son iki qarşılaşmada üç qol vurulub. “Qəbələ”nin meydanındakı son dörd matçda heç-heçə qeydə alınıb.
Günün digər oyununda “Neftçi” “Sumqayıt”da eyniadlı komandanın qonağı olacaq. “Ağ-qaralar” 25 xalla 3-cü sırada yer alıblar. Dörd xalı olan “gənclik şəhəri” təmsilçisi isə sonuncudur.
Komandalar bunadək Premyer Liqada 40 dəfə üz-üzə gəliblər. Bunların 20-si “Neftçi”nin, 12-si “Sumqayıt”ın xeyrinə yekunlaşıb. 8 görüşdə qalib müəyyənləşməyib. Bakılıların vurduğu 61 qola sumqayıtlılar 44 topla cavab veriblər.
“Neftçi” son üç oyunda qalib gəlib. “Sumqayıt” iki matçdır ki, qol vura bilmir.
Azərbaycan Premyer Liqası
XIII tur
5 noyabr (şənbə)
15:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
Qəbələ şəhər stadionu.
19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Vüsal Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
“Kapital Bank Arena”.
Qeyd edək ki, turun açılış matçında “Şamaxı” səfərdə “Turan Tovuz”a 3:1 hesabı ilə qalib gəlib. Tura noyabrın 6-da keçiriləcək “Səbail” - “Sabah” və “Qarabağ” - “Kəpəz” görüşləri ilə yekun vurulacaq.
Gundelik-Baku.Org