"Neftçi" oyuna gecikdi - CƏRİMƏLƏNDİ

"Neftçi" oyuna gecikdi - CƏRİMƏLƏNDİ
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, toplantıda Misli Premyer Liqasının XIII turunda baş verənlərlə bağlı qərarlar verilib.
“Turan Tovuz” – “Şamaxı” matçında təcili tibbi yardım maşını oyunun başlama vaxtına gecikdiyinə görə meydan sahibləri 1600 manat cərimələnib. “Şamaxı”nın qapıçılar üzrə məşqçisi Anar Niftəliyev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə üçün klubu 4000 manat ziyana düşüb. Çalışdırıcı 5 oyunluq diskvalifikasiya edilib. Oyunda hər iki komandanın texniki zonasında oturan şəxsləri A buraxılış vəsiqələrini taxmadıqlarına görə hərəsi 800 manat cərimə olunub.
“Qəbələ” – “Zirə” qarşılaşmasında meydan sahiblərinin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına üçün klub 800 manat cərimə edilib.
“Sumqayıt” – “Neftçi” matçında qonaqlar stadiona gecikdiyi üçün 800 manat cərimələnib. Stadionda suyun təzyiqinin olmamasına və futbolçuların sudan normal istifadə edə bilmədiklərinə görə “Sumqayıt” 800 manat ödəyəcək. Meydan sahiblərinin baş məşqçisi Samir Abasov oyunun rəsmi şəxsini təhqir etdiyinə görə klubu 4000 manat cərimələnib. Mütəxəssis 5 oyunluq kənarlaşdırılıb. 
“Səbail” – “Sabah”  meydan sahibləri tərəfindən PFL-in futbol himninin səsləndirilməməsinə görə klub 800 manat xərcə düşüb.
Gundelik-Baku.Org