Misirdə avtobus və yük maşını toqquşdu: 12 nəfər öldü

Misirdə avtobus və yük maşını toqquşdu: 12 nəfər öldü
Misirdə, Qırmızı dəniz sahilində avtobus və yük maşınının toqquşması nəticəsində 12 nəfər ölüb.
Qəza noyabrın 20-də Ras-Qərib və Zaafərana şəhərləri arasındakı avtomobil yolunda baş verib.
Hadisə nəticəsində daha 30 nəfər yaralanıb.
İnsidentin digər təfərrüatları açıqlanmayıb.
Gundelik-Baku.Org