Rusiyanın Nyu-Yorkdakı Baş Konsulluğuna hücum edildi

Rusiyanın Nyu-Yorkdakı Baş Konsulluğuna hücum edildi
Rusiyanın Nyu-Yorkdakı Baş Konsulluğunun binası iki naməlum şəxsin qırmızı boyalı hücumuna məruz qalıb. 
Xarici KİV xəbər verir ki, Rusiya nümayəndəliyi boyaların qalıcı olduğunu bildirib. 
"Bütün bina praktiki olaraq bu boya ilə ləkələnib", - məlumatda deyilir. 
Həmçinin, Baş Konsulluq Amerika tərəfinin xarici qurumun təhlükəsizliyini təmin etməkdən faktiki olaraq geri çəkilməsindən şikayətlənərək, son bir neçə həftə ərzində binanın ətrafında heç bir polisin olmadığını bildirib.
Gundelik-Baku.Org