Azərbaycan-Gürcüstan sərhədində nə baş verir?

Azərbaycan-Gürcüstan sərhədində nə baş verir?
Azərbaycanla Gürcüstan arasındakı “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinin Gürcüstan tərəfində böyük növbələr yaranıb. 
Baku TV-nin əməkdaşları sərhəddə olub, tıxacın səbəbini araşdırıblar.
Günlərdir ki, növbələrdə gözləyən sürücülər böyük çətinliklərlə üzləşdiklərini deyiblər. Onlar sıxlığa səbəbin digər sərhəd-keçid məntəqələrində yaranan problemlə bağlı olduğunu bildiriblər. Bu üzdən əksər sürücülər “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə üz tutublar ki, bu da nəticədə yük maşınlarının artmasına səbəb olub.
Məsələ ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo-Kartli bölgəsi üzrə polis departamentinin mətbuat xidmətindən isə bildirilib ki, onlarda sıxlığın yaranması ilə bağlı hər hansı məlumat yoxdur.
Gundelik-Baku.Org