Riberi futbola vida etdi - VİDEO

Riberi futbola vida etdi - VİDEO
Fransa millisinin sabiq futbolçusu Frank Riberi peşəkar karyerasını başa vurub.
39 yaşlı yarımmüdafiəçi bu barədə öz “Instagram” hesabında yazıb.
“Top dayansa da, içimdəki emosiyalar dayanmayıb. Bu gözəl macəraya görə hamınıza təşəkkür edirəm” – F.Riberi paylaşdığı videonun şərhində qeyd edib.
Qeyd edək ki, Frank Riberinin sonuncu çıxış etdiyi komanda İtaliyanın “Salernitana” klubu olub.
F.Riberi Münhen “Bavariya”sından başqa Türkiyədə “Qalatasaray”, Fransada “Marsel”, İtaliyada “Fiorentina” kimi klublarının formasını geyinib.

Gundelik-Baku.Org