Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb
Futbol üzrə Azərbaycan Kubokunda 2022/2023 mövsümünün püşkü atılıb.
Tədbir AFFA-nın inzibati binasında baş tutub.
Mərasimə Peşəkar Futbol Liqasının rəhbərliyi və klub nümayəndələri qatılıb.
Püşkün nəticəsinə əsasən 1/8 finalda aşağıdakı komandalar üz-üzə gələcəklər:
“Səbail” - MOİK
“Şamaxı” - “Turan”
“Sabah” - “Qaradağ Lökbatan”
“Zirə” - “Mingəçevir”
1/4 final
“Qarabağ” - “Qəbələ”/”Araz Naxçıvan”
Neftçi - “Zirə”/”Mingəçevir”
Qeyd edək ki, kubok yarışlarında 7+4 legioner limiti tətbiq olunacaq.
Gundelik-Baku.Org