“Mançester Yunayted” son anda qələbəni əldən verdi

“Mançester Yunayted” son anda qələbəni əldən verdi
İngiltərə Premyer Liqasında VII turun təxirə salınmış bir matçı keçirilib.
“Mançester Yunayted” “Kristal Palas”a qonaq olub.
Oyunda hesabı “qırmızı şeytanlar” açıblar. Bruno Fernandez 43-cü dəqiqədə fərqlənib.
Meydan sahibləri isə matça əlavə olunmuş dəqiqələrdə cavab qolunu vurublar. Olise komandasına bir xal qazandıran qola imza atıb.
Bu nəticə ilə xallarının sayını 39-a çatdıran “Mançester Yunayted” 3-cü pillədəki yerini qoruyub. “Kristal Palas” da 23 xalla 12-ci sırada qərarlaşıb.
Gundelik-Baku.Org