PSJ rəhbərliyi "Mançester Yunayted"i almaq istəyir

PSJ rəhbərliyi "Mançester Yunayted"i almaq istəyir
Fransanın "Paris Saint-Germain" (PSJ) klubunun sahibi olan Qatar Sports Investments (QSI) investisiya şirkəti İngiltərə Premyer Liqasının klublarından birini almaq istəyir. 
Bu barədə "Bloomberg" agentliyi məlumat dərc edib. 
Məlumata görə, "Mançester Yunayted" və "Liverpul" prioritet seçimlərdir və "Tottenhem Hotspur"un sədri Daniel Levi ilə də müzakirələr aparılıb . QSI sahibləri həm səhmlərin tam paketini geri almaq variantını, həm də komandalardan birində kiçik pay əldə etməyi düşünürlər.
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) qaydaları eyni şirkətlər qrupuna daxil olan klubların eyni yarışda iştirakını qadağan edir. Bununla belə, komandaların birində böyük, digərində isə kiçik pay sahibi olduğu halda yarışa icazə verilir.
Gundelik-Baku.Org