Ceymi Vardi yeni rekorda imza atıb

Ceymi Vardi yeni rekorda imza atıb
“Lester” klubunun futbolçusu Ceymi Vardi İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
35 yaşlı hücumçu buna 12-ci turda "Vulverhempton"la matçda (4:0) fərqlənməklə nail olub. O, nəticədə 30 yaşından sonra yerli çempionatda 100-cü qolunu vurub. Bu isə rekord hesab olunur. Vardi belə nəticəyə imza atan ilk futbolçudur.
İkinci yerdə “Arsenal”, “Kristal Pelas”, “Nottinqem Forest”, “Vest Hem”, “Bernli” kimi komandalarda oynamış sabiq futbolçu lan Raytdır - 93 qol. “Nyukasl”ın əfsanəvi oyunçusu Alan Şerer 84 qolla 3-cüdür.
Gundelik-Baku.Org