Pike karyerasını bu klubda davam etdirmək istəyir

Pike karyerasını bu klubda davam etdirmək istəyir
"Barselona"nın və İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike futbolçu karyerasını bərpa etmək istəyir. 
Bu barədə xarici mətbuat xəbər verir.
Pike sahibi olduğu “Andorra” klubu ilə müqavilə bağlaya bilər.
Xatırladaq ki, ispaniyalı karyerasını başa vurduğunu 2022-ci ilin noyabrında elan edib.
Pike 2008-ci ildən “Barselona”da çıxış edib. Kataloniya klubunda olduğu müddətdə o, 616 oyun keçirib, 53 qol vurub və 15 məhsuldar ötürmə verib.
Gundelik-Baku.Org