Dünya çempionu olmuş fransalı futbolçu karyerasını başa vurdu

Dünya çempionu olmuş fransalı futbolçu karyerasını başa vurdu
Fransa millisinin sabiq futbolçusu Blez Matyuidi futboldan getdiyini açıqlayıb. 2018-ci ilin dünya çempionu 35 yaşında futboldan getməyə qərar verib.
“Futbol, ​​səni sevirdim. Mənə çox şey verdin, amma “Dayan!” deməyin vaxtı gəldi. Keçib gedən yola baxanda gözlərimdən yaş süzülür. Arzularımı həyata keçirdim. Bu gün bu səhifəni çətinliklə, amma qürurla vərəqləyirəm. Bu yolda məni müşayiət edən insanlara minnətdaram. Dost və qardaş olan komanda yoldaşlarıma təşəkkür edirəm. Məşqçilərimə və ailəmə minnətdaram”, - fransalı şəxsi sosial media hesabında yazıb.
Xatırladaq ki, Matyuidi PSJ və “Yuventus” kimi klublarda çıxış edib. Onun son klubu isə Amerikanın “İnter Mayami” komandası olub.
Futbolçu Fransa millisində 84 oyuna çıxıb və 9 qol vurub. 2018-ci ildə milli komanda ilə birlikdə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.
Mənbə: vesti.ru
Gundelik-Baku.Org