"Bavariya" qapıçı transfer edir

"Bavariya" qapıçı transfer edir
Münhenqladbax "Borussiya"sının qapıçısı Yan Sommer "Bavariya"ya keçmək üzrədir.
Tərəflər müqavilənin detallarını müzakirə edirlər. İsveçrə millisinin üzvü özü də "Bavariya"ya keçmək istəyir.
Qeyd edək ki, Sommer 2014-cü ilin yayında "Borussiya"ya keçib. O, bu mövsüm 11 oyunda 14 qol buraxıb.
Gundelik-Baku.Org