Mane dünya çempionatına GEDƏ bilməyəcək

Mane dünya çempionatına GEDƏ bilməyəcək
Seneqal millisi dünya çempionatında lidersiz çıxış edəcək. 
Xarici media xəbərinə görə, , Sadio Mane “Bavariya”nın heyətində son oyunda zədələnib. Münhen "Verder"i 6:1 hesabı ilə məğlub etsə də, artıq oyunun əvvəlində seneqallını itirib.
Nüfuzlu “L'Équipe” nəşrinin məlumatına görə, "Afrika futbolçusu"  titulunun sahibi vətərini zədələyib.
Zərər ciddi olub və cinah oyunçusunun 11 gündən sonra başlayacaq dünya çempionatı üçün sağalması mümkün olmayacaq.
Beləliklə, Afrikanın hazırkı çempionu dünya çempionatında əsas ulduzunun köməyindən istifadə edə bilməyəcək.
Gundelik-Baku.Org