Manuel Noyerdən ŞOKEDİCİ ETİRAF: “Xərçəngəm, 3 əməliyyat keçirmişəm”

Manuel Noyerdən ŞOKEDİCİ ETİRAF: “Xərçəngəm, 3 əməliyyat keçirmişəm”
Bundesliqa nəhəngi "Bavariya"nın təcrübəli qapıçısı Manuel Noyer azarkeşlərini şoka salan etiraf edib. 
Xarici media bildirir ki, xəstəliyinin davam etdiyini ilk dəfə açıqlayan qapıçı bu səbəbdən əməliyyat olunduğunu da bildirib. 
Çiynindən zədə alan və komandasının son oyunlarında meydana çıxa bilməyən ulduz qapıçının sözləri azarkeşlərini təəccübləndirib.
Çiynindən zədə alan Noyer komandasının son 7 oyununda meydana çıxa bilməyib və Çempionlar Liqasında "Bavariya"nın "İnter"i qəbul etdiyi oyununda komandasını tək buraxmalı olub. Təcrübəli qapıçı ötən gün məşqlərə başlayıb.
Almaniya millisinin təcrübəli qapıçısı Manuel Noyerin dünya çempionatında çıxış edib-etməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Zədəsi səbəbindən bir müddət meydandan uzaq qalan Manuel Noyerin Qətərdə keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyi maraqla qarşılanıb.
“Bavariya”nın baş məşqçisi Naqelsmann bu yaxınlarda qapıçının sağlamlıq durumu ilə bağlı bunları deyib: "Onun vəziyyəti hələ də qeyri-müəyyəndir, yeni məlumat yoxdur. Proqnoz vermək istəmirəm”.
“Bild”də yayılan xəbərə görə, “Bavariya”nın ulduz qapıçısı Manuel Noyer dəri xərçəngi olduğunu açıqlayıb. Çiynindəki zədə səbəbindən bir müddətdir zədələnən təcrübəli qapıçının bu səbəbdən tennis ulduzu Anjelik Kerberlə birlikdə dəriyə qulluq vasitələrini bazara çıxardığı da bildirilir.
Mövzu ilə bağlı açıqlamalar verən 36 yaşlı qapıçı xəstəliyi səbəbiylə 3 dəfə əməliyyat keçirdiyini də etiraf edərək, deyib: "Dəri xəstəliklərinə gəlincə, ikimizin də çox şəxsi tarixçəmiz var. Dərimdə günəşin yaratdığı hiperpiqmentasiya var. Bu dəri xərçəngidir. Bu səbəblərdən üç dəfə əməliyyat olunmuşam”. 
Gundelik-Baku.Org