Deyli Blind "Bavariya"ya keçir

Deyli Blind "Bavariya"ya keçir
Müdafiəçi Deyli Blind “Bavariya”ya keçəcək. 
Bu barədə xarici mətbuat xəbər verir.
Hollandiyalının müqaviləni imzalamaq üçün Almaniyaya uçduğu qeyd edilir. 32 yaşlı futbolçu Münhen klubuna keçməzdən əvvəl tibbi müayinədən keçəcək.
Xatırladaq ki, Blind bundan əvvəl "Ayaks"la müqaviləsini pozub. O, bu mövsüm bütün turnirlərdə 19 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib.
Gundelik-Baku.Org