Harri Keyn İngiltərədə oynadığı 32 komandanın hamısına qol vurub

Harri Keyn İngiltərədə oynadığı 32 komandanın hamısına qol vurub
"Tottenhem"in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasının 17-ci turunun "Brentford"la oyununda (2:2) növbəti qolunu vurub. 
Xarici medianın məlumatına görə, 29 yaşlı futbolçu oynadığı Premyer Liqa komandalarının hamısına qol vurub. 
Harri Keyn bu mövsüm klub və İngiltərə millisinin heyətində 34 oyunda 18 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun komanda ilə müqaviləsi 2024-cü ildə başa çatır. Bu mövsümün sonunda "Bavariya"nın Keyni transfer etmək istədiyi bildirilir.
"Tottenhem" Premyer Liqada keçirdiyi 16 oyunda 30 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Növbəti turda Antonio Kontenin yetirmələri evdə “Aston Villa” ilə qarşılaşacaq.
Gundelik-Baku.Org