Oğuz sakini meşədə kəsdiyi ağacın altında qalıb

Oğuz sakini meşədə kəsdiyi ağacın altında qalıb
Oğuz sakini meşədə kəsdiyi ağacın altında qalıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xalxal kəndində, meşəlik ərazidə baş verib.
Belə ki, rayonun Ərmənət kənd sakini 1992-ci il təvəllüdlü Vüqar İlqar oğlu Mustafayev meşədə odun kəsərkən kəsdiyi ağacın budağının altında qalıb.
Hadisə zamanı ağır xəsarət alan 30 yaşlı V.Mustafayev Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org