Qubada zəncirvari QƏZA: Xəsarət alanlar var

Qubada zəncirvari QƏZA: Xəsarət alanlar var
Qubada üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası olub.
“Report” xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan “Mercedes-Benz” markalı avtomobil yolun kənarında dayanan eyni markalı digər avtomobilə, daha sonra isə traktor qoşqusuna çırpılıb.
Hadisə nəticəsində Quba rayon sakinləri, 1986-cı il təvəllüdlü Mustafayev Rahim Mehman oğlu, 1971-ci il təvəllüdlü Məcidov Nəbi Məhəmməd oğlu və 1965-ci il təvəllüdlü Məlikov Murad Çıraqalı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alan şəxslər Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org