Başından xəsarət almış 41 yaşlı kişi xəstəxanada öldü

Başından xəsarət almış 41 yaşlı kişi xəstəxanada öldü
Başından xəsarət almış 41 yaşlı kişi xəstəxanada ölüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə noyabrın 5-də Qax rayonu ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 1981-ci il təvəllüdlü, epilepsiya xəstəsi olmuş K.Feyzullayevin halı pisləşərək yerə yıxılıb.
Kəllə-beyin travması alan 41 yaşlı şəxs Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Lakin K.Feyzullayev noyabrın 15-də orada vəfat edib.
Araşdırma aparılır.
Gundelik-Baku.Org