Kürdəmirdə iki avtomobil toqquşub: Xəsarət alanlar var

Kürdəmirdə iki avtomobil toqquşub: Xəsarət alanlar var
Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.
“Report” xəbər verir ki, hadisə rayonun Xırdapay kəndində qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı və VAZ-2107 markalı avtomobillər toqquşub. Nəticədə rayon sakinləri 27 yaşlı Rəsulov Zülfüqar Mətləb oğlu və Səmədli Novruz Əmirxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org