18 il həbs cəzası alan məhbus intihar etdi - TƏFƏRRÜAT (YENİLƏNİB)

18 il həbs cəzası alan məhbus intihar etdi - TƏFƏRRÜAT (YENİLƏNİB)
Gəncədə məhbusun intihar etməsinin səbəbi məlum olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, ötən il 1964-cü il təvəllüdlü Ənvər və 1960-cı il təvəllüdlü Fərman Alırzayev qardaşları mübahisə zəminində 1981-ci il təvəllüdlü Maksim Mehdi oğlu Əhmədov tərəfindən bıçaqlanıblar. Ürək nahiyəsindən bıçaq xəsarəti alan Ənvər ölüb. Fərman isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
Bir neçə gün əvvəl məhkəmənin hökmü ilə Maksim Əhmədova 18 il həbs cəzası verilib.
Məhkum barəsində  çıxarılan məhkəmə hökmünə etiraz olaraq bu addımı atıb. Əhmədov Mehdi Maksim oğlu damarını şüşə ilə kəsərək özünü öldürüb. Qeyd edək ki hadisə ötən illin dekabrın 8-də rayonun İbrahimhacılı kəndində qeydə alınıb.
***
12:43
Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında cəza çəkən məhbus intihar edib.
"Unikal"ın məlumatına görə, Tovuz rayon sakini Əhmədov Mehdi Maksim oğlu cəzaçəkdiyi müəssisədə özünə qəsd edib.
Faktla bağlı araşdırma başlanılıb.
Gundelik-Baku.Org