Beyləqanda polislər qəzaya düşdü

Beyləqanda polislər qəzaya düşdü
Beyləqanda yol qəzası baş verib.
Apa xəbər verir ki, Havarxan Məmmədovun idarə etdiyi "Ford Transit" markalı avtomobil yolun kənarında dayanmış Akif Muradova məxsus "Belarus" markalı traktorla toqquşub.
Nəticədə, "Ford Transit"də sərnişin qismində olan, Laçın rayon Polis Şöbəsinin əməkdaşları - İsmayılov Gülalı Zahid oğlu və Məmmədov Nurlan Vahid oğlu xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org