Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var
Şəmkirdə yol-hərəkət qaydalarına riayət etməyən sürücü qəzaya səbəb olub, xəsarət alanlar var.
Report xəbər verir ki, hadisə rayonun "Kraz yolu" adlanan ərazidə qeydə alınıb.
"VAZ" markalı avtomobilin digər minik avtomobillə toqquşması nəticəsində, 1992-ci il təvəllüdlü R.Kərimova və 1970-ci il təvəllüdlü Ə.Hümbətova müxtəlif bədən xəsarətləri alıb.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
İlkin məlumata görə, hadisəyə səbəb sürücülərdən birinin hərəkətdə olan zaman nəqliyyat vasitəsinin işıqlarını yandırmaması olub.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org