Bakıda zəncirvari qəza: Xəsarət alan var

Bakıda zəncirvari qəza: Xəsarət alan var
Bakıda üç avtomobilin toqquşması nəticəsində zəncirvari yol-nəqliyyat hadisəsi olub. 
Oxu.Az xəbər verir ki, hadisə Sabunçu körpüsünün yaxınlığında baş verib.
Qəza nəticəsində bir nəfər yüngül bədən xəsarətləri alıb. “Opel”, BMW, “Toyota Prius” markalı üç nəqliyyat vasitəsi bir-birinə çırpılıb və nəticədə avtomobillərə ciddi maddi ziyan dəyib. 
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, qəza baş verən əraziyə DYP əməkdaşları cəlb ediliblər:
“Hadisə nəticəsində üç nəqliyyat vasitəsi bir-birinə çırpılıb. Nəqliyyat vasitələrindən birinin sürücüsü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.
Qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.


Gundelik-Baku.Org