Qusarda qəza - Ölən var

Qusarda qəza - Ölən var
Qusar rayonunda avtomobillər toqquşub, ölən var.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə sentyabrın 25-i saat 21 radələrində rayonun Lanqo qəsəbəsi ərazisində rayon sakinləri - N.Kərimovun idarə etdiyi “VAZ-21099” və A.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən A.Məmmədovun sərnişini, Quba rayon sakini Nəriman Əlixanov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gundelik-Baku.Org