Gəncədə qəza - Xəsarət alan var

Gəncədə qəza - Xəsarət alan var
Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Şəhərin Eminbəyli küçəsində hərəkətdə olan VAZ-2106 markalı avtomobillə VAZ-21015 markalı maşın toqquşub. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Şahidlərin sözlərinə görə, qəzaya avtomobillərdən birinin işıqforun qırmızı işıq siqnalına riayət etməməsi səbəb olub.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org