Sumqayıtda mikroavtobusun vurduğu piyada yeddi gün sonra ölüb

Sumqayıtda mikroavtobusun vurduğu piyada yeddi gün sonra ölüb
Sumqayıtda mikroavtobusun vurduğu piyada yeddi gün sonra xəstəxanada ölüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 26-da şəhərin H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb.
Belə ki, Hüseynzadə Babək Emin oğlu idarə etdiyi “Ford Tranzit” markalı mikroavtobusla Quba rayon sakini, Osmanov Hikmət Balaəli oğlunu vurub. Xəsarət alan piyada noyabrın 2-də Təcili Tibbi Yardım Xəstəxanasında ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanaraq istintaqı aparılır.
Gundelik-Baku.Org