Bulvarda qəza: Sabiq polis rəisi öldü

Bulvarda qəza: Sabiq polis rəisi öldü
Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Bulvar küçəsində baş verib. Məmmədov Timur Eldaroviç idarə etdiyi "Chevrolet Camaro" markalı avtomobillə piyada Alxanlı Çingiz Mehbala oğlunu vurub. Nəticədə Ç. Alxanlı yerindəcə keçinib.
Hadisə nəticəsində dünyasını dəyişən Alxanlı Çingiz Mehbala oğlu sabiq polis polkovnikidir. O, Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Gundelik-Baku.Org