Yanacaqdoldurma məntəqəsinin yanında kişini maşın vurub öldürdü

Yanacaqdoldurma məntəqəsinin yanında kişini maşın vurub öldürdü
Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə gecə saat 2 radələrində Sabunçu rayonu Kürdəxanı qəsəbəsində, "Rosil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb. Naməlum avtomobil 38 yaşlı Babayev Elçin Aydın oğlunu vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı 2 maddə üzrə cinayət işi başlanıb, araşdırma aparılır.
Gundelik-Baku.Org