“Land Rover” piyadanı vuraraq öldürüb

“Land Rover” piyadanı vuraraq öldürüb
Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən verilən məlumata görə, oktyabrın 6-da saat 21 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Bakı şəhər sakini İ.Həsənov idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən Bərdə rayon sakini Anar Baxşəliyevi vurub.
Nəticədə xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gundelik-Baku.Org