Tələbəni vurub öldürən "Baku Bus"un avtobusu imiş - YENİLƏNİB

Tələbəni vurub öldürən "Baku Bus"un avtobusu imiş - YENİLƏNİB
Daxili İşlər Nazirliyi tələbənin qəzada ölməsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 10-da saat 20 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Babayev idarə etdiyi “Baku Bus”a məxsus “BMC” markalı xətt avtobusu ilə yolu keçən Sumqayıt şəhər sakini Seyfəddin Mustafazadəni vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada noyabrın 11-də orada ölüb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
***
11 noyabr, 17:47
Azərbaycanda tələbə qəzaya düşüb.
Bakı Mühəndislik Universitetinin III kurs tələbəsi Seyfəddin Mustafazadə yol qəzasında dünyasını dəyişib.
Gundelik-Baku.Org