Abşeronda ana və uşağını maşın vurub öldürdü

Abşeronda ana və uşağını maşın vurub öldürdü
Abşeronda avtomobil ana və oğlunu vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və oğlu Xəyalı vurub.
Nəticədə hər 2 piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gundelik-Baku.Org