Yolu keçmək istəyən piyadaları maşın vurub öldürdü

Yolu keçmək istəyən piyadaları maşın vurub öldürdü
Yolu keçən 3 piyadanı maşın vurub öldürüb.
Hadisələrdən biri Lənkəran şəhəri "Ləvəngi" dairəsində qeydə alınıb. Ağayev Qüdrə Novruz oğlu idarə etdiyi "Mercedes-Benz"lə yolu keçən 66 yaşlı Məmmədov Məmməd Ağaməli oğlunu vurub.
Qəbələ rayonu Bum qəsəbəsində İsrafilov İmaməddin Məhyəddin oğlu idarə etdiyi "Hyundai Elantra" markalı avtomobillə yolu keçən 62 yaşlı Abdullayev Rəhim Nütvəli oğlunu vurub.
Həmçinin Sumqayıtın H. Z. Tağıyev qəsəbəsi ərazisində Hüseynzadə Babək Emin oğlu idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə yolu keçmək istəyən Quba sakini Osmanov Hikmət Balaəli oğlunu vurub.
Hər üç zərərçəkmiş yerləşdikləri tibb müəssisələrində ölüblər.
Faktlarla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org