Nigerdə ​​hərbi helikopter qəzaya uğradı: Ölənlər var

Nigerdə ​​hərbi helikopter qəzaya uğradı: Ölənlər var
Bazar ertəsi Nigerin paytaxtı Niameydə Milli Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı 3 nəfər həlak olub.
Bu barədə Afrika ölkəsinin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qəza helikopter paytaxt hava limanına eniş edərkən baş verib. Müdafiə Nazirliyi ölənlər arasında təlimatçının da olduğunu bildirib.
Helikopterin modeli də daxil olmaqla, başqa təfərrüatlar açıqlanmayıb.
Mənbə: TASS
Gundelik-Baku.Org