Ukraynaya məxsus "Mi-8" helikopteri vuruldu

Ukraynaya məxsus "Mi-8" helikopteri vuruldu
Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus "Mi-8" helikopterini vurub.
Bu barədə oktyabrın 28-də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.
Məlumata görə, helikopter Xerson vilayətində vurulub: "Hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopterini Xerson vilayətinin Novaya Kamenka qəsəbəsi yaxınlığında vurub", - Konaşenkov brifinqdə deyib.
Gundelik-Baku.Org