Rusiyanın daha bir hərbi təyyarəsi qəzaya uğradı

Rusiyanın daha bir hərbi təyyarəsi qəzaya uğradı
Rusiyanın Rostov vilayətində Su-25 hərbi təyyarəsi qəzaya uğrayıb. 
Rusiya KİV-ləri xəbər verir ki, Millerovski rayonunda baş verən qəzada pilot həlak olub. 
Roqalik fermasının yaxınlığında yerə düşən təyyarənin qəza səbəbi hələlik məlum deyil. 
Qeyd edək ki, bundan bir gün əvvəl Rusiyanın eyni vilayətində SU-24 təyyarəsi qəzaya uğramışdı. 
Gundelik-Baku.Org