Türkiyədə "F-5” təlim qırıcısı qəzaya uğradı

Türkiyədə "F-5” təlim qırıcısı qəzaya uğradı
Türkiyə Silahlı Qüvvələrinin “Türk ulduzları”na məxsus “F-5” təlim qırıcısı Konyada həbsxana yaxınlığında qəzaya uğrayıb.
Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, mühərriki dayanan təyyarə Konyanın Karatay rayonunun Tatlıcakdakı hərbi təlim bazasına düşüb. Hadisəyə səbəb olaraq təyyarənin mühərrik hissəsinə quş düşməsi göstərilir.
Pilot katapult edərək sağ qalıb.
Gundelik-Baku.Org