Donetskdə hərbçiləri daşıyan maşın qəzaya uğradı - 16 ÖLÜ

Donetskdə hərbçiləri daşıyan maşın qəzaya uğradı - 16 ÖLÜ
Rusiyanın ilhaq etdiyi Donetsk Xalq Respublikasında (DXR) yük maşını və mikroavtobusun toqquşması nəticəsində 16 nəfər həlak olub. 
Bu barədə dekabrın 7-də bölgənin fövqəladə hallar xidməti məlumat yayıb. 
Qəza Şaxtersk - Torez avtomobil yolunda baş verib: "Hərbi personalı daşıyan yük maşını ilə mikroavtobus toqquşub. 16 nəfər ölüb, üç yaralı xəstəxanaya yerləşdirilib".
Gundelik-Baku.Org